Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Estoniyanın keçmiş baş naziri Kay Kallasın Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə namizədliyini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat verib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi postunu Cozep Borrel əvəzinə Estoniyanın keçmiş baş naziri Kaja Kallas əvəz edəcək. Borrelin səlahiyyətləri dekabrın 1-də başa çatacaq.
Kallas 2021-ci ilin yanvarından 2024-cü ilin iyuluna qədər Estoniya hökumətinə rəhbərlik edib. O, bu vəzifəni tutan ilk qadın olub. Siyasətçi anti-Rusiya mövqeyi və Ukraynaya dəstək bəyanatları ilə tanınır.
Gülayə Mecid