Gürcüstan parlamenti üçüncü və sonuncu oxunuşda LGBT təbliğatını qadağan edən qanun layihəsini qəbul edib.
"Unikal" xəbər verir ki, qanun layihəsinin lehinə 84 deputat səs verib. İclasda müxalifət partiyalarından olan deputatlar iştirak etməyiblər.
Qanun layihəsi LGBT təbliğatının, eynicinsli nikahların və cinsiyyətin dəyişdirilməsinin qadağan edilməsini, həmçinin eynicinsli cütlük və ya bir cüt tərəfindən eynicinsli intim münasibətləri, qohumluq əlaqəsini, övladlığa götürmə və ya qəyyumluğu təşviq etmək məqsədi daşıyan görüş və kampaniyaların keçirilməsinə qadağa qoyur.
Cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi müdaxilə də qadağan ediləcək, televiziyada eyni cinsdən olan intim səhnələr qadağan ediləcək. Dəyişikliklər paketi həmçinin 18 yaşından kiçik şəxslər üçün kinoteatrlarda homoseksual səhnələri olan filmlərə baxılmasına məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.
Qanun layihəsi prezident tərəfindən imzalandıqdan və ölkənin Qanunvericilik qəzetinin saytında dərc edildikdən dərhal sonra qüvvəyə minəcək.
Ağarza Elçinoğlu