Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra yaşadığı kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan səkkiz yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir. Aparılan ekspertiza çərçivəsində 8 yaşlı Narin Güranın ölüm səbəbi məlum olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Narinin boğazı sıxılaraq öldürüldüyü bildirilib.
Qeyd edək ki, aparılan istintaq çərçivəsində 11 nəfər həbs edilib.
Zərifə Nağıyeva