Azərbaycanın "Sabah" basketbol klubu bu gün Çempionlar Liqasında debüt matçına çıxıb.
"Unikal" xəbər verir ki, Türkiyənin Antalya şəhərində təşkil olunan yarışın təsnifat mərhələsinin 1/4 finalında litvalı məşqşi Rimas Kurninaytisin rəhbərlik etdiyi "Sabah" İsveç çempionu "Norçeppinq Dolfins"lə qarşılaşıb.
Görüş rəqibin 75:71 (18:15, 19:18, 11:23, 23:19) hesablı qələbəsi ilə başa çatıb. Bu, Azərbaycanın basketbol tarixində Çempionlar Liqasında ilk oyun olub.
"Norçeppinq Dolfins növbəti mərhələdə İsveçrənin "Friburq Olimpik" komandası ilə üz-üzə gələcək. "Sabah" isə mübarizəni Avropa kuboku turnirində davam etdirəcək.
Əlavə edək ki, sentyabrın 21-də təsnifat turnirində qalib müəyyənləşəcək. Həmin komanda İspaniya, İtaliya və Almaniya çempionarı ilə birgə ÇL-in G qrupunda mübarizə aparacaq.