Yevlax sakini ağacdan yıxılaraq ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Xaldan qəsəbəsi hüdudlarında baş verib. Meyvə yığarkən 1970-ci il təvəllüdlü İsmayılov Araz Məhəmməd oğlu  müvazinətini itirərək ağacdan yıxılıb və çoxsaylı bədən bədən xəsarətləri alıb. Doğmaları yaralı kişini xilas etmək üçün onu bölgənin müxtəlif tibb ocaqlarına aparsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov