İranın Beyrutdakı səfirliyi "The New York Times" qəzetinin Livanda rabitə vasitələrinin partlaması nəticəsində İslam Respublikasının səfiri Müctəba Əmaninin görmə qabiliyyətini itirməsi ilə bağlı məlumatını təkzib edib. 

"Unikal" xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb. 

"Biz soydaşlarımıza və media nümayəndələrinə məlumat veririk ki, səfirin müalicə prosesi yaxşı gedir", - məlumatda deyilir. 

***09:55

İranın Livandakı səfiri Müctəba Əmani dünən peycer partlaması nəticəsində bir gözünü itirib.

"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. 

Qeyd olunub ki, səfirin digər gözü isə ciddi zədə alıb: "İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri Amaninin xəsarətlərinin ilkin məlumatlardan daha ağır olduğunu və müalicə üçün Tehrana aparılacağını bildiriblər".

Ağarza Elçinoğlu