Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində atasına məxsus "Opel” markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini Rövşən Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.