Xəbər verdiyimiz kimi, Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyada təlim keçdiyi iddia edilən bir qrup sui-qəsdçini saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq Komitəsi müəyyən edib ki, ölkədə hərbi çevriliş etmək istəyən şəxslər Ermənistan vətəndaşları və Qarabağ erməniləri olub.  

İstintaq Komitəsi saxlanılan sui-qəsdçilərin Rusiya ilə əlaqəsi olduğunu açıqlayıb. Onların döyüş hazırlığı Arbat hərbi bazasında keçirildiyi iddia edilir.

***11:36

Ermənistanda hakimiyyəti devirməyə hazırlaşan 7 nəfərdən ibarət qrup aşkarlanıb. 

"Unikal" xəbər verir ki,  bu barədə "Sputnik Ermənistan"  teleqram kanalı milli təhlükəsizlik xidmətinə istinadən məlumat yayıb.

Saxlanılanların evinə baxış zamanı bıçaqlı və odlu silahlar, habelə döyüş sursatı aşkar edilib. Qrupun bəzi üzvlərinin Rostov-na-Dondakı bazada ödənişli təlim keçdiyi bildirilir; qrupun qalan dörd üzvü isə axtarışa verilib.

Gülayə Mecid