"Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədlərimizi açmalıyıq".

"Unikal" xəbər verir ki, bunu bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Dünya Erməni Sammitində deyib.

"Mən bir anlıq özümü Türkiyədə gedən müzakirələri izləyən müşahidəçinin yerinə qoyaraq deyə bilərəm ki, Türkiyədə müəyyən təsəvvürlərdə kiçik, lakin açıq-aşkar dəyişiklik var",- deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, hələlik ciddi nəticə əldə olunmayan bu məsələdə Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında danışıqlar böyük əhəmiyyət kəsb edir, lakin iki ölkənin təmasda olması vacibdir.

Zərifə Nağıyeva