Ermənistanla Azərbaycan ilk dəfə dövlətlərarası səviyyədə sənəd imzalayıblar 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Dünya Erməni Sammiti çərçivəsində panel müzakirəsi zamanı deyib. 

Baş nazirin sözlərinə görə bu, Ermənistanın real strategiyasının müəyyən nəticəsidir: "Bizim hamımız çoxlu emosiyalar yaşadıq, xüsusən də Tavuş marzının delimitasiyası nəticəsində. Proseslə bağlı vaxtı olan və hələ də sualı olan soydaşlarımızdan xahiş edərdim ki, Kirantsa getsinlər, Voskepara getsinlər, ən böyük narahatlığı olan o kəndlərin sakinləri ilə kameralardan kənar ünsiyyət qursunlar". 

Ağarza Elçinoğlu