ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nyu-York şəhərində "PubKey" barında tərəfdarları üçün burger və pivə sifariş edib.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "New York Post" qəzeti yazıb.
ABŞ prezidentliyinə namizəd bütün ödənişləri isə bitkoin ilə həyata keçirib.
Tramp QR kodu ilə ödənişin "çox asan" olduğunu söyləyib. Nəşrin məlumatına görə, Tramp "barda Bitcoin-dən istifadə edən ilk ABŞ prezidenti" adını alıb.
"PubKey" Nyu-Yorkda ödəniş üçün bitkoinləri qəbul etməklə tanınan bir bardır.
Gülayə Mecid