Salyanda 4 yaşlı uşağı əqrəb sancıb.

"Unikal"ın məlumatına görə, hadisə Yenikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü Qəribli M.T. qızı əqrəb sancması diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Doğmalarının dediyinə görə, uşaq həyətdə oynayarkən əqrəb barmağından sancıb.

Faktla bağlı araşdırma aparılır.