Qubada baş verən qəzada ölən və xəsarət alan şəxsin kimliyi bilinib.

”Unikal”ın Şimal bürosunun məlumatına görə, "Meredes" markalı minik avtomobilinin sürücü Bakı şəhər sakini 1996 cı il təvəllüdlü Kənan Cabbarov Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

"Opel" markalı nəqliyyat vastəsinin sürücü Quba rayonu 2-ci Nügədi kənd sakini 1982- ci il təvəllüdlü Elşad Qayıbov isə aldığı ağır bədən xəsarətlərindən ölüb. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Xanlar Qaraca

XXX

23:16

Quba rayonunda minik avtomobilləri toqquşub, ölən və yaralanan var.

"Unikal"ın Şimal bürosunu məlumatına görə, hadisə Quba şəhərinin H. Əliyev prospektində baş verib.

 Belə ki, "Opel" markalı minik avtomobili ilə "Mercedes" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.

Ölən və yaralının kimliyi dəqiqləşdirilir.

 Faktla bağlı araşdırma aparılır.

Xanlar Qaraca