Tərtərdə paltar sərən 21 yaşlı nişanlı qız dördüncü mərtəbədən yıxılaraq ölüb.
"Unikal"ın məlumatına görə, hadisə ehtiyatsızlıq nəticəsində hündürmərtəbəli binada baş verib. Belə ki, 2003-cü il təvəllüdlü rayon sakini Niftalıyeva Arzu İlqar qızı yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək sərt şəkildə yerə yıxılıb.
O, təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ölən qız nişanlı imiş, toyu olacaqmış.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov