Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 15 m² olan talvarın taxta atmaları 2 m² sahədə və altında dayanan ”VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, talvarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.