Sumqayıtda qız çoxmərtəbəli binadan yıxılıb.
"Unikal" xəbər verir ki, hadisə 10-cu mikrorayonda qeydə alınıb.
12 yaşlı Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.
Hadisənin səbəbi araşdırılır.