Yevlaxda zəncirvari yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Xaldan qəsəbəsində, Ağdaş istiqamətinə aparan yol dairəsində baş verib. "BMV", "Hyundai" və bir başqa minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasında xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov