Ağdaşda idarəetmədən çıxan motosiklet yol kənarındakı ağaclığa çırpılıb.

"Unikal"ın məlumatına görə, hadisə Kotanarx kəndi yaxınlığında baş verib.Hər hansı digər nəqliyyat vasitəsilə toqquşmadan qəzaya düşən motosikletin 1974-cü il təvəllüdlü sürücüsü Eminov Şaiq Şakir oğlu yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov