Vətən müharibəsi iştirakçısı vəfat edib

"Unikal" xəbər verir ki, Masallı rayonu Ərkivan qəsəbə sakini, Vətən müharibəsi iştirakçısı Mirzəyev Azər Rafiq oğlu böyrək çatışmazlığından dünyasını dəyişib. 1998-ci il təvəllüdlü Azər Mirzəyev bu gün müalicə aldığı Masallı Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Mərhum doğulduğu Ərkivan qəsəbəsi Zeynoba məhəllə qəbiristanlığında dəfn ediləcək.