Şəmkirdə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Düyərli kəndində baş verib. Belə ki hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1989-cu il təvəllüdlü Emin Süleymanov, 1990-cı il təvəllüdlü Ramal Quliyev və 1979-cu il təvəllüdlü Rövşən Quliyevdir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov