İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinə zəng edərək Rusiyadan İranı İsrailə hücum etməməyə razı salmasını xahiş edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Ynet" portalı mənbələrə istinadən məlumat verib.
“Hazırda baş nazir Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında İranın bu axşam İsrailə gözlənilən hücumu fonunda telefon danışığı üçün danışıqlar aparılır. Gözlənilir ki, belə bir söhbət baş tutsa, Putindən İranın İsrailə birbaşa hücumunun qarşısını almaq üçün öz təsirindən istifadə etməsi xahiş olunacaq”, – deyə portal yazıb.