"Real Madrid", "Yuventus" və "Napoli"nin sabiq hücumçusu Qonzalo İquain "İnter Mayami"nin məşqçilər korpusuna qoşulub.
"Unikal" fanat-a istinadən xəbər verir ki, 36 yaşlı argentinalı "futbolçuların inkişafı üzrə məşqçi" kimi fəaliyyət göstərəcək.
"İnter Mayami" İquayinin 2022-ci ildə bitirdiyi futbolçu karyerasında sonuncu klub olub.
Beləliklə, o, "İnter Mayami"də Argentina millisindəki keçmiş komanda yoldaşı Lionel Messi ilə birgə çıxış edəcək.