ABŞ prezidenti Co Bayden ABŞ ordusuna İranın hücumlarına qarşı İsrailə kömək etməyi və yəhudi dövlətinə atılan raketləri vurmağı əmr edib.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
"Prezident Bayden və vitse-prezident Kamala Harris Ağ Evin Vəziyyət Otağından İranın İsrailə hücumunu izləyir və milli təhlükəsizlik köməkçilərindən mütəmadi olaraq yeniliklər alır. Prezident Bayden ABŞ ordusuna İranın hücumlarına qarşı müdafiədə İsrailə kömək etməyi və raketləri vurmağı əmr edib."- sənəddə qeyd olunur.