Luqansk Xalq Respublikasının (LPR) keçmiş yanacaq, energetika və kömür sənayesi naziri Konstantin Zavizenovun meyiti Moskva vilayətindəki evində tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, eks-nazirin meyitini oğlu tapıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları nazirin evindən məktub aşkarlayıblar. Məlumata görə, Zavizenov intihar edib. O, həyat yoldaşından boşanmaq prosesində idi. İddia olunur ki, o, bu səbəbdən intihar edib.
Gülayə Mecid