İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqiri İsrailə hücumlarla bağlı açıqlama verib. 

"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, o, bölgədə İsrailin davamlı cinayətləri və Tehranda İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq çərşənbə axşamı gecəsi İranın Tel-Əvivə qarşı cavab hücumuna keçdiyini bildirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun İsrailə qarşı raket əməliyyatının mühüm hərbi bazalarını vurmaqda öz məqsədlərinə çatdığını söyləyən Baqiri bildirib ki,bundan sonra da İran İsrailin bütün infrastrukturlarını vuracaq. 

O əlavə edib ki, MOSSAD qərargahı, Nevatim aviabazası və Hatzerim aviabazası hədəflərdir.

İran çərşənbə axşamı gecə öz istehsalı olan raketləri ilə işğal olunmuş Fələstinə cavab hücumu edib və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) onların 90%-nin hədəfləri vurduğunu bildirib.

Əməliyyat rejimin HƏMAS-ın rəhbəri İsmayıl Haniyə, Hizbullah lideri Seyid Həsən Nəsrullah və SEPAH komandiri Abbas Nilfuruşanı qətlə yetirməsinə cavab olaraq həyata keçirilib.

Gülayə Mecid