Braziliyanın Amazon tropik meşələrində maraqlı hadisə baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bir kişi həyatını xilas etmək üçün nəhəng anakonda ilə döyüşməli olub. Belə ki, kişi ona sarılan 200 kiloluq anakondanı dişləyərək zərərsizləşdirib.
Amazon meşələrindəki Terra Santa bölgəsində baş verən hadisə izlənmə rekordları qırıb.
Anakonda hücumları nadirdir. Sürünənlərin adətən yaşadığı Amazon meşəsinin çaylarında baş verə bilər. Su öküzü də adlandırılan anakonda dünyanın ən böyük ilanlarından biridir. Bu ilanların uzunluğu səkkiz futdan çox, çəkisi isə 200 kiloqramdan çox ola bilər. Anakondalar ovlarını nəfəs ala bilməyənə qədər sıxaraq öldürmək üçün güclərindən istifadə edirlər. Uyğun mühit təmin etdikdə ovlarını bütövlükdə udurlar.
Gülayə Mecid