“Bakı Metropoliteni” QSC-də intervalın azaldılması qatarların sayının artırılmasından asılı deyil.
"Unikal" xəbər verir ki, bunu Azərtac-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov bildirib.
Departament rəisi qeyd edib ki, köhnə nəsil qatarlarının ən sonuncusunun istismardan çıxarılma müddəti 2042-ci ildir.
“O müddətdə qədər bu qatarlardan istifadə olunacaq. Köhnə qatarlar tədricən istismardan çıxarılır. Bu il bir qatar istismardan çıxarılacaq. Ümumi götürdükdə metro qatarlarının 50 faizi yenilənib”, - deyə F.Əhmədov bildirib.