Bərdədə evə ildırım düşüb.

"Unikal"  xəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb.

Belə ki, Vəliyevlər ailəsinin evinə düşən ildırım nəticəsində zərərçəkən olmasa da, onlara külli miqdarda ziyan dəyib.

Evin dam örtüyünə düşən ildırım, elektrik naqilləri vasitəsi ilə bütün elektirik avadanlıqlarının da sıradan çıxmasına səbəb olub.