"Barselona" rəsmi saytı vasitəsi ilə Polşa millisinin sabiq qapıçısı Voytsex Şensnını sıralarına cəlb etdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, 34 yaşlı qolkiperlə müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Avqustun sonunda karyerasını başa vuracağını açıqlayan Şensnı Mark-Andre ter Ştegenin yerinə qapıçı axtaran "Barselona"dan gələn təklifə görə futbola davam etmək qərarına gəlib.

Almaniyalı qolkiper dizindən ciddi zədə alıb və mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalıb.