Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, Bələdiyyə meydanı civarındakı işıqforda baş verib. "Mercedes", "Vaz" və kiçik yük tutumlu "Ford" markalı mikroavtobusun bir-birinə çırpılması nəticəsində xəsarət alan olmasa da, maşınlar zərər görüb. Təxminən eyni vaxtda hadisə yerindən 300 metr məsafədə "Vaz 2107" markaılı avtomobil də qəza törədərək yararsız vəziyyətə düşüb. Faktlarla bağlı araşdırma aparılır.

Ehtiram Muradov