Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov bölgədəki son dərəcə gərgin vəziyyət fonunda İsraildəki həmvətənlərinə ölkəni tərk etməyi tövsiyə edib.
"Unikal" xəbər verir ki, bu barədə o, TASS-a müsahibəsində bildirib.
"Mövcud vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq, biz bu tövsiyəni gücləndiririk və hazırda İsraildə olan vətəndaşları bir sıra aviaşirkətlər, o cümlədən İsrailin El Al aviaşirkəti ilə bu ərazini tərk etmək barədə düşünməyə dəvət edirik", - diplomat deyib.
Ağarza Elçinoğlu