Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ diplomatiyasının rəhbəri Josep Borreli anti-Rusiya bəyanatlarına görə ilan adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"O, həmişə anti-Rusiya fəaliyyətlərinin ən fəal təhrikçisi olub. O, çoxdan diplomat, siyasətçi kimi bütün sərhədləri keçib və bir növ yeraltı ilana çevrilib", - Zaxarova bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Borrell Aİ ölkələrini Qərb silahlarının Rusiya hava limanlarını vurmasına və atış yerlərini vurmasına icazə verməyə çağırmışdı.
Ağarza Elçinoğlu