Türkiyənin dövlət bankı "Ziraat Bank" ödəniş sistemləri texnologiyası nəhəngi "Mastercard" ilə əməkdaşlıq edərək dünyaca məşhur argentinalı futbolçu Lionel Messini "Bankart"ın yeni siması seçib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Messi bu strateji tərəfdaşlıq sayəsində "Ziraat Bank"ının "Bankkart" və "Bankkart Mobile" məhsullarının təqdim etdiyi üstünlükləri təqdim edəcək.
Bankın kommersiya filmi ilə bağlı açıqlamasında, "Lionel Messi ilə "Bankkart" kampaniyasına görə "Mastercard"a təşəkkür etmək istərdik. "Mastercard", Lionel Messi ilə qlobal sponsorluq müqaviləsi əsasında sahib olduqları hüquqları Türkiyədə "Bankkart"a pulsuz olaraq təqdim etdi", - sözlər yer alıb.
Gülayə Mecid