Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "Prado", "Niva " və "Mercedes" markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov