Ermənistan bütün cinayətlərə görə dövlət məsuliyyətini etiraf edərək bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
“Azərbaycanın erməni işğalından azad edilmiş Sırxəvənd kəndində yeni kütləvi məzarlar aşkar edilib. Ermənistanın Azərbaycana qarşı 30 illik hərbi təcavüzünün ən ağır nəticələrindən biri itkin düşmüş şəxslərin taleyidir. 4 000-dən çox azərbaycanlı Ermənistan tərəfindən konsentrasiya düşərgələrində işgəncələrə məruz qalaraq öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan bu günədək bu cinayətlərə görə məsuliyyət daşıyan bir nəfəri də cəzalandırmayıb. Əksinə, onlar tərənnüm edilib və mükafatlandırılıb. Ermənistan kütləvi məzarlıqların yeri ilə bağlı bütün tarix və məlumatları gizlədir. Ermənistan bütün bu cinayətlərə görə dövlət məsuliyyətini etiraf edərək ədalətə və münaqişədən sonrakı barışığa həqiqi sadiqliyini nümayiş etdirməli və bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır” – deyə Hikmət Hacıyev qeyd edib.