ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkədə paylaşımı ilə gündəmə gəlib.
"Unikal" xəbər verir ki, o, "X"dəki paylaşımında səhvən yanlış adamı taq edib.
Tramp səhvən bir türk istifadəçinin hesabını taq etdiyi paylaşımda “Yazımı bəyəndiyiniz üçün təşəkkür edirəm! Mən sizə Şimali Karolina üçün vacib seçki məlumatı göndərəcəyəm. “Noyabrın 5-də Donald J. Trampa səs verməyə hazır olun”,- deyə bildirib.
Bu paylaşım qarşısında təəccübünü gizlədə bilməyən türk istifadəçi isə "Nə baş verir, bu məni niyə taq edib",- şərhini yazıb.
Trampın paylaşımına 1 milyondan çox baxış olub.
Zərifə Nağıyeva