Las-Veqas yaxınlığındakı Nevada ştatları arası səyahət edən sürücülər gözlənilməz mənzərə - ABŞ-nin keçmiş prezidenti Donald Trampın 13 metrlik çılpaq heykəli ilə qarşılaşıblar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sənaye meydançasında qaldırıcı kran tərəfindən şaquli vəziyyətdə saxlanılan 6000 funtluq (13 kq) heykəl əyalət respublikaçıları arasında qəzəb doğurub və onlar bu heykəli “təəssüfedici” adlandırıblar.
Heykəl köpük və armaturdan hazırlanıb. Heykəltaraşlar anonim qalmağı seçsələr də, Trampı çılpaq təsvir etmək seçiminin “siyasi xadimlərin ictimai şəxsiyyətlərinin şəffaflığı və həssaslığı haqqında cəsarətli bəyanat” olduğunu bildiriblər.
Seymur Əli