Qax şəhərində it 11-ci sinif şagirdinə hücum edib.

"Unikal" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Belə ki, şəhər sakini 2007-ci il təvəllüdü Cumazadə Əsmər Şaban qızı evə gedərkən  yolda ona it hücum edərək ağır xəsarətlər yetirib. Yaralı hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, it Ə.Cumazadənin boyun, döş, bel və ayaq nahiyələrinə ağır xəsarətlər yetirib. Müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Seymur Əli