Qərb güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistanı KTMT-dən çıxarmağa çalışır.
"Unikal" xəbər verir ki, bunu Rusiya FTX-nin direktoru, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikov deyib.
"Qərb güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistanı KTMT-dən çıxarmağa çalışır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha çox asılı vəziyyətə salacaq. Və NATO-nun dünyanın müxtəlif regionlarında vasitəçilik fəaliyyətinin bütün əvvəlki təcrübəsini nəzərə alsaq, alyansın Zaqafqaziyada konsolidasiyası təbii ki, regionda sabitliyə töhfə verməyəcək", - Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru bildirib.
Qeyd edək ki, Astanada MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 55-ci sessiyası keçirilir.
Ağarza Elçinoğlu