Haitinin paytaxtın 100 kilometr şimalında yerləşən Pont-Sonde şəhərində dəstənin hücumu nəticəsində azı 11 nəfər həlak olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, insident zamanı onlarla mülki vətəndaş yaralanıb.
Quldurlar şəhərə hücum edərək bir neçə binanı yandırıblar və atışma başladıblar. Pont-Sonde şəhərinin yüzlərlə sakini şəhəri tərk etmək məcburiyyətində qalıb.