Uqanda Silahlı Qüvvələrinin komandanı Muhuzi Kayneruqaba ABŞ-nin Kampaladakı səfiri Uilyam Poppa üç gün ərzində atası - Uqanda prezidenti Yoveri Musevenidən üzr istəməsi və ölkəni tərk etməsi üçün ultimatum verib.
"Unikal" xarici mediaya istiandən xəbər verir ki, Uqanda Silahlı Qüvvələrinin komandirinin sözlərinə görə, Amerika səfiri “ölkədə diplomatik statusu ilə bir araya sığmayan fəaliyyətlərlə məşğul olub”.
Kayneruqaba qeyd edib ki, Uqandanın Birləşmiş Ştatlarla heç bir problemi yoxdur, lakin "son vaxtlar amerikalıların Uqanda hökuməti əleyhinə işlədiyinə dair çoxlu sübutlar var".
"Uqandalılar, xalqımızın ABŞ-nin ölkəmizdəki hazırkı səfiri ilə ciddi qarşıdurma ilə üzləşdiyini elan etməliyəm. O bizim sevimli və şərəfli prezidentimizə hörmətsizlik edir və Uqanda Konstitusiyasını pozur", - deyə Kayneruqaba bildirib.