Xızı rayonundakı yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, qəzada həyatını itirən şəxslər 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadə və 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamovdur.

Qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

***23:45

Xızı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Hadisənin səbəbi araşdırılır.