Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla S.Hacıyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə ordenə layiq görülüb.
Qeyd edək ki, Sabir Hacıyev Milli Məclisin 91 saylı Göyçay seçki dairəsinin deputatıdır. Bu gün onun 70 yaşı tamam olur.