Mingəçevirdə yol qəzası baş verib, yaralananlar var.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gəncə şossesinə çıxış istiqamətində baş verib.

İki avtomobilin toqquşması zamanı 4 nəfər yaralanıb. Müxtəlif bədən xəsarətləri alan 1956-cı il təvəllüdlü İskəndər Rzayev, 1980-ci il təvəllüdlü Nəcibə Məmmədova, 1986-cı il təvəllüdlü Ülviyə Həsənova və 1995-ci il təvəllüdlü Qərib Həsənov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov