Zaqatalada market yanıb.

"Unikal" xəbər verir ki, yanğın  gecə saatlarında  rayonun Yuxarı Tala  kəndində Qurbanov Anar Qurban  oğluna məxsus "Selin" marketdə  baş verib. Yanğın yerinə Zaqatala Yanğından Mühafizə Hissəsinin  texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 250 k/m olan mağazanın 75 k/m hissəsi  sahəsi yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub.

Seymur Əli