Göygöldə qəza olub, xəsarət alanlar var

"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində  qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-21015” minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 4  nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov