Gədəbəydə evdə qızdırıcı partlayıb, qadın xəsarət alıb.
"Unikal"ın məlumatına görə, rayonun Parakənd kənd sakini 26 yaşlı A.Cəfərova bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Gənc qadına ilkin tibbi yardım edilib, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Bildirilir ki, A.Cəfərova yaşadığı evin vanna otağında olarkən qızdırcı partlayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov