İspaniya La Liqasında IX tura yekun vurulub.

"Unikal" xəbər verir ki, "Atletiko Madrid" səfərdə "Real Sosyedad"ın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı qonaqların heyətində Xulian Alvarez açıb. Ev sahiblərinin topunu isə Luka Suçiç vurub.

Bu nəticədən sonra xallarını 17-yə çatdıran "Atletiko Madrid" 3-cü pilləyə yüksəlib. "Real Sosyedad" isə 9 xalla 15-ci pillədədir. Turnir cədvəlinə 24 xalla "Barselona" başçılıq edir.