Göygöldə əqrəb sancan müəllim ölüb.
"Unikal"ın məlumatına görə, Göygöl rayon Aşıqlı kənd sakini 1975-ci il təvəllüdü Adil Məmmədov sentyabr ayının əvvəllərində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb. İki gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb, müalicəsi 1 ay davam etdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A. Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində Gənclərin Hərbi Hazırlığı fənnindən dərs deyirmiş.
Tural Əhmədov