Oktyabr ayının 5-də Ucarda ölümlə nəticələnən yol qəzası baş verib. Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini Elçin İslamovu vurub.

"Unikal"ın əldə etdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Elçin İslamov Dövlət Sərhəd Xidmətinin müd­dət­dən artıq hərbi qulluqçusu imiş.

O, Cəbrayıl rayonunda xidmət edirdi.

Seymur Əli